“Beşiktaş”ın əfsanəvi oyunçusu Sərgən Yalçın kluba menecer olaraq qayıdır.
Korner.az-ın məlumatına görə, dünən “Maestro” ləqəbli Sərgən klubun prezidenti Fikrət Ormanla görüşüb.
Sərgənin bu günlərdə “Beşiktaş”la müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, Sərgən Yalçının bu yaxınlarda “Qaziantepspor” klubunda məşqçi kimi fəaliyyəti də uğurlu alınmışdı.
