İtaliya A Seriasında mübarizə aparan “Yuventus”un futbolçusu Mario Madzukiç komandadan ayrıla bilər.
Korner.az-ın məlumatına görə, bu haqda “CalcioMercato” və Fransa mediası xəbər yayıb.
Xarvat oyunçu ilə Türkiyənin “Qalatasaray”, Fransanın “Marsel” və Çinin bir neçə klubu maraqlanır.
Bildirilir ki, 30 yaşlı hücumçunun xarvat mütəxəssis İqor Tudorun baş məşqçilik etdiyi “Qalatasaray” klubuna keçmək ehtimalı daha böyükdür.