“Real”ın baş məşqçisi Zinəddin Zidan daha iki həftə Pepenin xidmətindən yararlana bilməyəcək.
Korner.az-ın məlumatına görə, buna portuqaliyalı futbolçunun zədəsini tam sağaltmamasıdır.
Hətta 32 yaşlı müdafiəçinin cərrahiyyə əməliyyatı keçirəcəyi istisna olunmur. Onun Çempionlar Liqasının 1/8 finalında “Roma” ilə keçiriləcək cavab görüşünə qədər hazır olacağı gözlənilir.
