İspaniya “Atletiko”sunun prezidenti Enrike Sereso komandanın futbolçusu Radamel Falkao ilə bağlı duruma aydınlıq gətirib.
Korner.az-ın məlumatına görə, Sereso “AS” nəşrinə kolumbiyalı hücumçunun müqavilə müddəti başa çatmadan Madrid klubunu tərk etmək istəmədiyini açıqlayıb.
O deyib: “Falkao bizim hamımızdan razıdır. O mənə bildirib ki, “Atletiko”da xoşbəxtdir və müqaviləsini sonadək yerinə yetirmək niyyətindədir. Lakin özünü digər çempionatda da yoxlamaq fikrindədir. Lakin bunun nə vaxt baş verəcəyi məlum deyil. Bilirəm ki, o gün gələcək, indi isə çox tez deyil. Hazırda Radamel dünyada ən yaxşı “9 nömrə”dir”.
Qeyd edək ki, Radamel Falkaonun “Atletiko” ilə müqaviləsi 2016-cı ildə başa çatacaq.
lent.az
