"Real"ın (Madrid) 2-ci qapıçısı Dieqo Lopez komandadan ayrıla bilər.
Korner.az xəbər verir ki, klub rəhbərliyi Lopezin yerini doldurmaq üçün mundialda super çıxışı ilə yadda qalan Kosta Rikalı qapıçı Keylor Navası transfer etməyi planlaşdırır.
Kral klubunun bu transfer üçün "Levante"yə 8 milyon, Navasa isə 2 milyon avro verməsi gözlənilir.
