Madridin Puerta-del-Sol meydanında “Atletiko” və “Real”ın böyük formaları nümayiş etdiriləcək
Korner.az-ın məlumatına görə, bu xəbəri “Mundo Deportivo” nəşri verib.
Komandaların Çempionlar Liqasının finalına yüksəlməsinə görə ediləcək tədbir iki il öncə də olmuşdu.
2014-cü ildəki finaldan öncə də sözügedən komandaların formaları şəhərdə asılmışdı. Həmin vaxt da Madrid komandaları finalda idi və “Real”(4:1) qələbə qazanmışdı.
“Real” – “Atletiko” matçı mayın 28-ə Milanda, “San Siro” stadionunda keçiriləcək.
