Dünən ilin ikinci “El-Klasiko” matçı keçirilib.
Korner.az-ın məlumatına görə, “Barselona” doğma meydanda “Real”ı qəbul edib.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra “Real”ın futbolçusu Karvahal oyun haqda fikirlərini səsləndirib. O bildirib ki, baş məşqçinin tapşırıqları çox effektli idi:
“Biz bilirdik ki, çətin olacaq, amma özümüzü möhtəşəm göstərdik. Oyuna nəzarəti buraxmadıq və matç boyu özümüzü rahat hiss edirdik. Heç-heçəyə oynamadıq və daha çoxu üçün səy göstərdik.
Baş məşqçinin tapşırılqarı effektli idi. O bizə ölənə qədər oynamağı tapşırdı. Azarkeşlərə dəstəyə görə təşəkükrümü bildirirəm”
