İspaniya”nın “Real” klubu daha bir futbolçusu ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, Madrid təmsilçisinin kolumbiyalı üzvü Xames Rodriqes sol bud əzələlərin qismən cırılması zədəsini bərpa edərkən yenidən xəsarət alıb.
Bu zədə səbəbindən qarşıdakı 2 həftəni də buraxmalı olacaq. Beləliklə, yarımmüdafiəçi Dünya Çempionatının seçmə mərhələsində Uruqvay və Peru, İspaniya La Liqasının “Levante” matçlarında iştirak etməyəcək.
