“Atletiko” Madrid klubunun futbolçusu Auqusto Fernandes aldığı zədə ilə bağlı əməliyyat olunub.
Korner.az-ın məlumatına görə, argentinalı xavbek cərrahi müdaxilədən uğurla keçib.
Futbolçu 7 aylıq bərpa müddətindən sonra yaşıl meydanlara dönəcək.
Fernandes “Deportivo” ilə keçirilən (1:0) matçda zədələnmişdi. Onun sağ dizinin xaçvari bağlarının qırılmışdı.
