Madrid “Atletiko”su ciddi itki ilə üzləşib.
Korner.az-ın məlumatına görə, İspaniya La Liqasının XIII turu çərçivəsində ötən gün keçirilən “Atletiko” – “Espanyol” (1:0) matçında ciddi xəsarət alan Tiaqo Mendesin durumuna aydınlıq gəlib.
Onun ayağında qırıq aşkarlandığı üçün mövsümün sonuna qədər komandasına kömək edə bilməyəcəyi bildirilib.
