“Atletiko”nun hücumçuları Kevin Qameyro və Dieqo Kosta zədələnib.
Futbolçular İspaniya La Liqasının son turunda “Selta” ilə görüşdə (3:0) xəsarət alıb.
Kosta ayağından, Qameyro isə budundan zədə alıb. Hələlik hücumçuların hansı müddətə sıraya dönəcəkləri bəlli deyil.
