Madrid “Atletiko”su ciddi itki ilə üzləşib. Bu barədə ispan mətbuatı məlumat yayıb.
Komandanın iki əsas heyət üzvü sıradan çıxıb. Dieqo Qodin və Stefan Saviç zədə səbəbi ilə komandalarına kömək edə bilməyəcək.
Həkimlərin ilkin müayinəsindən sonra məlum olub ki, hər iki futbolçu ən azı 3 həftə futbol oynamayacaq
