İspaniya Futbol Federasiyası “Atletiko”nun müdafiəçisi Felipe Luisi cəzalandırıb.
Korner.az-ın məlumatına görə, buna braziliyalı futbolçunun La Liqanın 22-ci turunda “Barselona” ilə görüşdə kobud oynaması səbəb olub.
Matçın 44-cü dəqiqəsində rəqib futbolçu Lionel Messiyə qarşı kobud oynayan Felipe Luis birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. İspaniya Futbol Federasiyası Luisin Messiyə qarşı bilərəkdən sərt oynadığını əsas gətirərək futbolçunu 3 oyunluq cəzalandırıb
