“Atletiko”nun futbolçusu Yannik Ferreyra-Karrasko Çempionlar Liqasının yarımfinalında “Real”la ilk oyunu buraxacaq.
Korner.az-ın məlumatına görə, buna səbəb 23 yaşlı hücumçunun La Liqanın 34-cü turunda “Vilyareal”la matçda zədələnməsidir.
Sözügedən matçda çiyni çıxan Karraskonun “Real”la ilk görüşü buraxacağı dəqiqləşib.
