Madrid "Atletiko"sunun ulduz futbolçusu Radamel Falkao növbəti mövsüm İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edəcək.
Korner.az-ın məlumatına görə, Madrid klubu kolumbiyalı ulduzu "qırmızı şeytanlar"a satması haqda xəbəri İspaniyanın "Marka" qəzeti yayıb. Belə ki, artıq ingilislərin Falkao üçün Madrid klubunun tələb etdiyi məbləğin yarısının ödəndiyi bildirilir.
Qeyd edək ki, Falkao üçün "Çelsi" və "Real" kimi nəhəng klublarda hərəkətə keçmişdi
