Madrid klubu Bellinqem üçün 120 milyon avro təklif etdi
03.05.2023 , 17:42

“Real Madrid”in rəsmiləri Jude Bellinqemin transferini müzakirə etmək üçün bir müddət əvvəl Almaniyaya getmişdi.
Korner.az xəbər verir ki, Almaniyada “Real Madrid” rəsmilərinin “Borussiya Dortmund”la anlaşmağa yaxın olduğu iddia edilərkən, ingilis futbolçunun paytaxt komandası ilə 2029-cu ilə qədər müqavilə imzalayacağı bildirilib.
“Marca”nın xəbərinə görə, Dortmund təmsilçisi 140 milyon avro, Madrid klubu isə 110-120 milyon avro aralığında transferi bitirmək istəyir.
2025-ci ilin iyun ayına qədər müqaviləsi olan Jude Bellinqem “Borussiya” üçün 129 rəsmi matçda 21 qol vurub və 25 məhsuldar ötürmə edib.
