Macarıstan – Azərbaycan oyunu azarkeşsiz keçiriləcək
24.09.2019 , 21:17
Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla səfər oyunu azarkeşsiz keçiriləcək.
Korner.az xəbər verir ki, buna səbəb sentyabrın 9-u AÇ-2020-nin seçmə mərhələsində Budapeştdə keçirilmiş Macarıstan – Slovakiya matçında (1:2) hər iki komandanın azarkeşləri arasında baş verən insidentdir.
UEFA-nın İntizam Komitəsi hər iki ölkənin federasiyasını cəzalandırıb. Komandalar növbəti ev oyununu azarkeşsiz keçirmək cəzası alıb. Macarıstan Futbol Federasiyası 67,125, Slovakiya Futbol Federasiyası isə 20 min avro cərimələnib.
AÇ-2020-nin seçmə mərhələsində Macarıstan – Azərbaycan və Slovakiya – Uels oyunları boş tribunalar önündə keçiriləcək.
Macarıstan – Azərbaycan görüşü oktyabrın 13-ü baş tutacaq.