Maçado “Araz-Naxçıvan”da!
22.07.2024 , 15:35

Təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın düşərgəsinə daha bir futbolçu qoşulub.
Korner.az xəbər verir ki, Ramon Maçado qarşıdakı 1 ili “qırmızı-ağlar”ın heyətində keçirəcək.
Braziliyalı hücumçu bugündən komandanın məşqlərində iştirak edir. 33 yaşlı futbolçu “Araz-Naxçıvan”a Malayziyanın “Sabah” klubundan gəlib. Misli Premyer Liqası təcrübəli braziliyalı üçün yad deyil. O, müxtəlif illərdə “Neftçi” və “Qəbələ”nin heyətində yer alıb. Ümumilikdə isə Maçado “Brasil Pelotas”, “Santo Andre”, “Parana”, “İtuana”, “Vila Nova”, “Lajeadense”, “Santa Kruz”, “Esportivo”, “Boa Esporte” və “Ponte Preta” klublarında da çıxış edib.
