Maaşlarını ala bilməyən futbolçular aclıq aksiyasına başladılar
10.06.2020 , 19:56

Serbiyanın “Borats” klubunun futbolçuları aclıq aksiyasına başlayıblar.
Korner.az xəbər verir ki, futbolçular maaşlarını ala bilmədiyi üçün bu addımı atıblar.
“Borats”ın sahibləri borca görə klubu dağıdıblar. Onlar “Provo”nu alıb və adını dəyişdirib “Borats 1926” qoysalar da, keçmiş futbolçularının pullarını ödəməyiblər.
Bu səbəbdən klubun 25-ə yaxın futbolçusu gecə şəhərin icra hakimiyyəti binasının önündə etiraz aksiyası keçirib.
