Maaşının azaldılmasına razı olmayan baş məşqçi qovuldu
17.04.2020 , 21:25

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun baş məşqçisi Nenad Byelitsa istefaya göndərilib.
Korner.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xorvatiya mətbuatının iddiasına görə isə, Byelitsa maaşının azaldılmasına razı olmadığı üçün qovulub. Klub rəhbərliyi daha əvvəl eyni səbəbdən mütəxəssisin 6 köməkçisini vəzifəsindən azad edib.
