Maaşının azaldılmasına qarşı çıxan futbolçuya cəza
30.05.2020 , 16:41

“Yunion”un futbolçusu Sebastian Polter Bundesliqa matçlarında iştirak etməyəcək.
Korner.az xəbər verir ki, buna səbəb hücumçunun koronavirus pandemiyasına görə məvacibini azaltmaqdan imtina etməsi olub.
Polter, komandayla məşqlərdə iştirak edə bilsə də, heç bir rəsmi qarşılaşmada çıxış edə bilməyəcək.
