Maaşını ala bilmədi, müqaviləsinə xitam verdi
23.04.2020 , 20:54

Adam Staxovyak “Dənizlispor”la müqaviləsinə xitam verib.
Korner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2 aydı Dənizli klubundan maaş ala bilməyən polşalı qapıçı müqaviləyə birtərəfli qaydada xitam verib. Klub legioner futbolçunun bu addımının yaxşı niyyətli olmadığını bildirib.
33 yaşlı polşalı qolkiper 2018-ci ildən “Dənizlispor”da çıxış edirdi.
