Argentina yığmasının hücumçusu Lionelk Messi xeyirxah addımı ilə diqqət çəkib.
Korner.az-ın məlumatına görə, “Barselona”lı futbolçu Argentina Futbol Federasiyasının görməli olduğu işi yerinə yetirib.
O, Federasiyanın mühafizə işçilərinin əməkhaqqlarını ödəyib. Bu barədə argentinalı jurnalist Xuan Pablo Varski məlumat yayıb. Onun sözlərinə görə Messi Braziliya ilə matçı gözləyərkən ona federasiya işçiləri yaxınlaşıb və 6 aydır maaş almadıqlarını bildirib.
Leo bundan sonra atasına zəng edib və həmin işçilərin hesabına maaşlarını köçürüb.
