big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Məşqçilər Komitəsinin üzvləri təklif etdikləri yeni turnirdən danışdılar

16.03.2015 , 16:59

AFFA Məşqçilər Komitəsinin keçirilən son iclasında yeni çempionatının yaradılması müzakirə olunmuş, müəyyən təkliflər hazırlanmışdı. Yeni turnirin yaradılmasındakı əsas məqsəd kimi, klublarımızın il ərzində keçirdikləri oyunların sayının artırılması göstərilib. Burda müəyyən suallar yaranır. Əvvəla, klublarımız həftədə 2-3 dəfə meydana çıxmağa nə dərəcədə hazırdırlar? İkincisi, 7 aydır  bir oyunu – Suporkuboku keçirməkdə aciz olan – təqvimdə boş gün tapa bilməyən PFL yeni liqanı necə “düz-qoş” edəcək? Bir sözlə, Məşqçilər Komitəsi üzvlərinin avazı yaxşı gəlsə də, “Quran oxuyan”a oxşamırlar. Biz də elə bu sualları onların özlərinə verdik.

Vaqif Sadıqov: “Təkcə Liqa kuboku yox, orda tövsiyə xarakterli bir neçə təklif nəzərdə tutulmuşdu. PFL-in rəhbəri ilə görüşdən sonra dəqiq bir şey demək daha düzgün olar. Çünki hələ hər şey müzakirə səviyyəsindədir. Bilmirik, liqa kuboku olacaq, ya başqa bir şey. Biz istəyirik ki, ayrı-ayrı turnirlər keçirərək, səviyyəli oyunların sayını artıraq. Təbii ki, mükafat fondu olacağından, istər-istəməz komandaların da marağı olacaq.  Avrokuboklarda çıxış edən komandalar bir kubokda, qalan altı komanda bir kubokda, birinci divizionda çıxış edən klublar isə başqa bir kubokda oynasınlar. Bu gün biz Avropa ilə ayaqlaşmaq, milli komandamızın uğur qazanmasını istəyiriksə, futbolçularımız buna tam şəkildə hazır olmalıdır. Mən həmişə bunu demişəm. Biz bu gün böyük hədəflərə nail olmaq, Avro-2020-də çıxış etmək, milli komandalarımızı və klublarımızı güclü görmək istəyiriksə, mütləq bunu etmək lazımdır. Oyunların tez-tez keçirilməsinin futbolçuların oyun praktikasına, dözümlülüyünə böyük təsiri var. Bunlar vacib amillərdir. Ona görə də fikirləşirik ki, belə bir bölgü aparaq. Niyə başqa ölkələrdə yüz cür turnir var, bizdə yoxdur? Gəlin, belə danışaq. Nə olub, arxada qalıb. Superkuboku bura qatmaq çox da düzgün deyil. Milli komandanın baş məşqçisi illik planını, PFL illik təqvimini hazırlayıb, təhvil verir. Biz də bunları nəzərə alaraq, ordakı boşluqlarda həmin turniri keçirəcəyik.  Beləcə, klublar avrokuboklara daha çox hazır olacaqlar və güman edirəm ki, bu baxımdan da problem olmayacaq. Bunlar birdən-birə olmur. PFL-in rəhbəri və nümayəndələri ilə fikir mübadiləsi aparacağıq, təkliflər verəcəyik. Əminəm ki, bu istənilən halda Azərbaycan futboluna və futbolçularına xeyir verəcək. Oyunların sayı nə qədər çox olsa, bundan ancaq biz udacağıq”.

Böyükağa Hacıyev: “Bilirsiz necədir, biz orda kubokun yeni formatda yaradılması təklifini vermişik. İndi o təklif qəbul olunar-olunmaz, onu deyə bilmərik. Amma çempionat və kubokla yanaşı, liqa kuboku da keçirilsə, daha yaxşı effekt olar. Bu bizim fikrimizdir. Qəbul olunar-olunmaz, bu artıq bizim yox, İcraiyyə Komitəsinin işidir.  Məqsədimiz odur ki, Azərbaycanda oyunların sayı çox olsun. Siz təsəvvür edin ki, Avropada bir klub ildə 70-ə yaxın oyun oynayır. Düzdürmü? Ona görə də onların oyun praktikası bizdən qat-qat üstündür. Bu da özünü avrokubok oyunlarında göstərir. Yenə deyirəm, biz hələ bunu qəbul etməmişik. Sadəcə olaraq, tövsiyələri hazırlayıb, təqdim etmişik. Dəqiq heç nə yoxdur. Kim deyə bilər ki, yüz faiz qəbul olunacaq? Heç kim. Hər şey hələ kağız üzərindədir. Komandalar bir-biri ilə tez-tez görüşsələr, çox yaxşı olar. Əsas odur, oyunların sayı artıq olsun. Bu da özünü çempionatda göstərəcək. Qərar qəbul olunsun, reqlament barədə də açıqlama veriləcək”.

Şahin Diniyev: “Bu haqda sizə daha ətraflı Məşqçilər Komitəsinin sədri məlumat verə bilər, ancaq oxucunu informasiyasız qoymayım. Burda, ümumiyyətlə, bir neçə variantlar var ki, onları Məşqçilər Komitəsi və PFL rəhbərliyi müzakirə edəcək. Orda çox şey var. Birincisi,  UEFA bayrağı altında çıxış edən 4 klubun ayrıca kuboku, burda mükafat fondu ayrı olacaq. Qalan 6 komanda isə hansısa şəhər kuboku, “Socar kuboku” (Şahin bəyin “Socar kuboku” ifadəsini  şərti ad kimi qəbul etmək daha düzgün olar – Ü.M.) kimi turnirdə qarşılaşacaq.  Orda Birinci Divizion klubları üçün də ayrıca kubokun yaradılması nəzərdə tutulub. Bir daha qeyd edim ki, bu turnirlərin mükafat fondu bir-birindən ayrı olacaq. Burda əsas məqsəd oyunların sayını artırıb, maksimuma çatdırmaqdır. Bu səbədən həmin kubokları keçirmək üçün bizim üçün vacibdir.  Klublardan da heç bir problem yoxdur. Bunu nəyə görə dedim? Orda cürbəcür variantlar var,  PFL və Məşqçilər Komitəsi hansını daha məqsədəuyğun hesab etsə,onu da qəbul edəcəyik. Məncə, oyunların çox olması klublar tərəfindən də bəyəniləcək. İldə 35-45 yox, 60-70 oyun keçirmək  bütün klublara xeyirdir. Uzunmüddətli təlim-məşq toplanışlarındansaın keçilməsindənsə, görüşlərin çox olması bizə xeyirdir. PFL-ə “göydəndüşmə təklif” verməmişik. Burda hansısa təsadüfi ideyadan söhbət belə gedə bilməz. Hamısı faktlarla əsaslanmış şeylərdir. Məsəlçün, keçən il sentyabr-oktyabr aylarında milli komandanın uzunmüddətli təlim-məşq toplanışı oldu. Həmçinin, orda klublarımızın avrokuboklardakı çıxışlarını nəzərə almaq lazımdır ki, bu da peşəkarlıqdan irəli gəlir. Buna görə də vaxtları elə təyin edəcəyik ki, heç kimə əngəl törətməsin”.

Ağasəlim Mircavadov: “Hələ dəqiq heç nə yoxdur, hər şey danışıqlar mərhələsindədir. Bu haqda daha sonra ətraflı açıqlama vermək doğru olar”.

Ürfan Məmmədzadə

Son yazılar

To Top