big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Mən Baurjanı görən kimi klub rəsmilərinə demişdim ki…” – (MÜSAHİBƏ)

05.02.2013 , 06:09

“Qəbələ”nin baş məşqçisi Ramiz Məmədov Qazaxıstan mətbuatına müsahibə verib.

– Qazaxıstandan qayıdandan sonra nə işlə məşğul olursuz?
– Ondan sonra mən İranın yüksək liqasında çıxış edən bir klubdan təklif aldım. Amma şərtlərlə bağlı razılığa gələ bilmədiyimizdən, ora getməkdən imtina etdim. Daha sonra isə “Qəbələ”nin sükanı arxasına keçmək imkanı yarandı və mən bunu müsbət dəyərləndirdim.

– Sizin Qazaxıstan karyeranız niyə alınmadı?
– “Atırau”da mənə dörd yeni transferi sözü verilsə də, rəhbərlik sözünü tutmadı. Bu azmış kimi, Colçiyevi də “Tobol”a satdılar. Hansı ki, o, limiti doldurmaq üçün yeganə futbolçumuz idi.

– Həmin futbolçu məhz sizin rəhbərliyiniz altında parladı…
– Mən Baurjanı görən kimi klub rəsmilərinə demişdim ki, bu futbolçu yığmanın oyunçusu olacaq və Avropa çempionatlarından birində top qovmalıdı. Onu öz komandamda da görməkdən şad olardım.

– Qazaxıstanda sizin üçün hansısa əlavə çətinliklər var idi?
– Qazaxıstanda özümü evimdəki kimi hiss edirdim. Ölkənizə alışmışdım. Sadəcə, klubda maliyyə problemləri var idi, futbolçuların maaşları gecikirdi. Amma peşəkarlıq baxımından mənə tam sərbəstlik verilmişdi.

– Azərbaycan və Qazaxıstan çempionatlarını müqayisə edə bilərsiz?
– Azərbaycan klubları heyətlərinə qatdığı legionerlərin səviyyəsinə görə daha güclüdülər. Düzdü, Qazaxıstanda da texniki və fiziki cəhətdən güclü futbolçular var. Onları komandamda da görmək istərdim. Hətta onu da deyim ki, bəzi qazaxıstanlı futbolçuları yaxından izləyirəm və onları yayda “Qəbələ”yə dəvət etmək istəyirəm.

– Konkret kimləri nəzərdə tutursuz?
– Smakov, Colçiyev, Jumaskaliyev, Xayrullin, Kukeyev və başqa futbolçular xoşuma gəlir. Mənim baş məşqçi kimi işim futbolçuları bəyənmək, onları hazırlamaq, oyunlara çıxarmaqdı. Maliyyə tərəfi ilə də klub rəhbərliyi məşğul olur.

– Komandanızın bu mövsüm medal qazanmaq şansı var?
– Mən komandaya gələndən sonra 21 xal toplamışıq və beşinci pilləyə qədər irəliləmişik. Şans var. Çalışacağıq ki, ilk üç klub arasında yer alaq.

– Qazaxıstan çempionatını izləyə bilirsiz?
– Demək olar ki, çempionatınızın bütün oyunlarına baxıram. Türkiyədə də “Ordabası”nın “İnter”lə sınaq matçını izlədim. Məğlub olsalar da, yaxşı oynadılar.

– Qazaxıstan futbolunun əsas problemlərindən biri maliyyə çatışmazlığıdı. Azərbaycanda bu baxımdan vəziyyət necədi?
– Bizdə fərqlidi. Klubların yaxşı sponsorları var. Futbolumuza çoxlu pullar yatırılır.

– Azərbaycan klublarının büdcəsi təxminən nə qədərdi?
– Qazaxıstan klublarının büdcəsindən heç də geri qalmadığını deyə bilərəm.

– Sizin üçün Azərbaycanda çalışmaq daha asandı, yoxsa xaricdə?
– Mənim üçün fərqi yoxdu. Əsas nəticə qazanmaqdı.

Son yazılar

To Top