big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Məhsəti Gəncəvi sağ olsaydı: U-21-in şəninə rübai – YAZI

10.10.2015 , 09:01

Dahi mütəfəkkirimiz, ədəbiyyatımızda rübai ustadı kimi tanınan Məhsəti Gəncəvi sağ olsaydı gözəl əsərlər yazmağa davam edərdi. Fərz edək ki, şairə dövrümüzdə yaşayıb yaradır və o, Azərbaycanın Avstriya yığmasına 0:7 hesabı ilə məğlub olmasına biganə qalmayıb. Ustadımız vurulan hər bir qola bir rübai həsr edib.

Şairə ilk iki topu öz qapımızda gördükdən sonra matçın taleyinin həll olunduğunu düşünər və bu rübaini yazar:

Futbol – yeridir igid ərlərin,

Burda yeri yoxdur bizimkilərin,

Hörmətlə qədəm qoy bu yola, çünki

Yeri deyil bura hiyləgərlərin.

Növbəti iki qoldan sonra isə artıq hesab 4:0 idi. Bu faciənin başlanğıcı idi və Məhsəti Gəncəvi bunu hiss edirdi. Məhz bu səbəbdən o, bu rübaini yazır.

Futbolumuz yanar, göz yaşı tökər,

Gəldiyi qapıdan o çıxıb gedər.

Pulunla öyünmə, oyuna diqqət et,

Məhv olur başıyla ayağa qədər.

Qapıda görülən 4 qoldan sonra daha iki top vuruldu. Yenə də bizim qapıya. Şairə Avstriyalıların futbol oynamaq üçün düzgün yer seçmədiyini anlayır və bu sözləri rübaiyə qoşur.

Başqa yerdədi futbol gövhəri,

Seçmişlər avstriyalılar bir özgə yeri.

Eşq dəni yeyən futbol yuvası

Bir yerdir ki, Azərbaycandan qeyri.

Sonuncu qol və 7:0. Bu artıq bir faciə idi. Məhsəti xanım ilk misrada futbolçularımıza dəstək olaraq futbolda qolun mənasız olduğunu bildirir. Daha sonra futbolun digər elementlərin izah etməyə çalışan Məhsəti xanım bu rübaini qeyd edir

Görüşdə qol vurmaq bir bəhanədir,

Qapı, top, cərimə meydanı, de, nədir?

Dözmür bu ağrıya badam gözlərim

Üzüm giləsi tək yaş tökər bir-bir.

Şairəmizin dözməyib yazdığı bu əsərlərə digər klassiklərimizin də qoşulacağı gözlənilir.

Məmmədov İlkin

Son yazılar

To Top