“Real”ın futbolçusu Məsut Özil komandadan ayrılır.
Korner.az-ın İspaniyanın məhşur “El Mundo Departivo” nəşrinə istinadən verdiyi məlumata görə, türk əsilli almaniyalı futbolçu illik 5 milyon avroluq maaşının 7 milyon avroya qaldırılmasını “Kral” klubu rəhbərliyindən tələb edib.
“Real” rəhbərliyi bu təkliflə razılaşmadığından 24 yaşlı pleymeker klubdan ayrılmaq qərarına gəlib.
Qeyd edək ki, “Mançester Yunayted” və “Arsenal” türk əsilli futbolçunun transferində yaxından maraqlanrlar.
