Son günlər adı Madrid “Real”ıyla hallanan “Arsenal”ın türkəsilli futbolçusu Məsut Özil London klubunda oynadığına görə xoşbəxt olduğunu bildirib.
Korner.az-ın məlumatına görə, Almaniya milli komandasının üzvü İspaniya mətbuatına açıqlama verib. “Marca”ya danışan ulduz futbolçu, “Real” iddiaları haqda fikirlərini bildirb:
“Real”a geri dönmək? “Arsenal” kimi böyük bir klubda oynadığım üçün çox xoşbəxtəm. Amma gələcəkdə nələrin olacağını bilmək olmaz. Yaşayıb görəcəyik”.
