"Arsenal"ın futbolçusu Məsut Özil məşqlərə başlayıb.
Korner.az-ın məlumatına görə, türkəsilli yarımmüdafiçi artıq sağalıb. Ancaq buna baxmayaraq, onun İngiltərə kubokunda yanvarın 7-i keçiriləcək "Preston"a qarşı oyunda iştirak edəcəyi gözlənilmir.
Komandanın baş məşqçisi Arsen Vengerin növbəti həftədən M.Özilə şans verəcəyi bildirilir.
