“Arsenal”ın türk əsilli alman futbolçusu Məsut Özil klubdan ayrılmaq istəyir.
Korner.az-ın məlumatına görə, istedadlı yarımmüdafiəçi ona qarşı olunan tənqidlərə tab gətirə bilmir. Daha öncə də tənqidlərin çox olduğu barədə narazıçılığını ifadə edən Özil bu dəfə “topçular”ı tərk edəcək.
Qış transfer pəncərəsində Məsutu “Bavariya” transfer etməyə çalışacaq. “Arsenal”ın hədəflərində isə Sami Xedira, Mats Humels və Culiyan Draksler olacaq.
