“Məşqçimiz möhtəşəmdir, heç kim təslim olmur”
11.12.2025 , 21:30
“Real”ın yarımmüdafiəçisi Çud Bellingem baş məşqçisi Xabi Alonso haqqında yayılan söz-söhbətlərə münasibət bildirib.
Korner.az xəbər verir ki, Bellingem bildirib ki, onun və komandadaşı yoldaşlarının Alonso ilə münasibətləri əladır:
“Bizim məşqçimiz möhtəşəmdir. Ard-arda heç-heçələrdən sonra çox detallı müzakirələr apardıq və həmin seriyanı arxada qoyduğumuzu hiss edirik. Heç kim təslim olmur və gileylənmir”.
O, həmçinin komandanın vəziyyəti yaxşılaşdırmaq üçün çalışdığını əlavə edib:
“Hələ də vəziyyəti təhlil edirik və nəyi yaxşılaşdıra biləcəyimizi araşdırırıq. Paltardəyişmə otağında bunu dəyişmək üçün hər şey var. Bəlkə bir az şansa, bəlkə də bəzi məsələləri yenidən müzakirə etməyə ehtiyac var”.