Məşqçilərin yeni reytinqi: Qurbanov və Bordin irəlilədi
07.12.2018 , 10:57

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
“World Coach Ranking” saytının təqdim etdiyi siyahıda millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 452-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.
“Neftçi”nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. “Qremio”nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.
