Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Siyahıda Azərbaycandan üç məşqçi – Qurban Qurbanov (“Qarabağ”), Roman Qriqorçuk (“Qəbələ”) və Ayxan Abaasovun (“Zirə”) adı yer alıb.
Ən yaxşı nəticə Qurban Qurbanova məxsusdur. O, 1169 xalla 497-ci (-1) pillədə qərarlaşıb. Qriqorçuk 255 xalla 942 (-3), Abbasov isə 217 xalla 986-cıdır (+5).
Qeyd edək ki, reytinq siyahısına “Real”ın çalışdırıcısı Zinəddin Zidan (18 min 356 xal) başçılıq edir.
