Bu gün AFFA-nın Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, üzvləri Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şakir Qəribov “İnter Arena” stadionunda “İnter”in baş məşqçisi Zaur Svanadze və məşqçilər heyətinin üzvlərilə görüşüb.
Korner.az-ın məlumatına görə, görüşdə maraq doğuran bir sıra məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb.
