AFFA-nın Məşqçilər Komitəsinin üzvləri bu gün Antalyada Bakının “İnter” komandasının düşərgəsinə baş çəkiblər.
Korner.az-ın məlumatına görə, komandanın təlim-məşq toplanışının gedişi ilə maraqlanan Şahin Diniyev, Ağasəlim Mircavadov, Vaqif Sadıqov və Şakir Qəribov baş məşqçi Kaxaber Sxadadze ilə fikir mübadiləsi aparıblar, komandaya qarşıdakı oyunlarda uğurlar arzulayıblar. (Klub saytı)
