Məsiyev İtaliya millisinin oyununda
19.10.2023 , 11:32

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 17 yaşadək futbolçulardan ibarət komandalar arasında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində idarə edəcəyi oyunlar məlum olub.
Korner.az xəbər verir ki, referi II turda İtaliya – Şimali İrlandiya, III turda isə Yunanıstan – İtaliya oyununda idarəçilik edəcək.
Ona digər azərbaycanlı hakim Vüsal Məmmədov yan xətt hakimi qismində kömək edəcək.
Matçlar 28 və 31 oktyabrda olacaq.
