Məşhur yazıçıdan Özilə dəstək
24.07.2018 , 13:32

Məşhur braziliyalı yazıçı Paulo Koelyo Almaniya millisindəki karyerasını başa vuran Məsut Özilə dəstək çıxıb.
O, özünün “Tvitter” hesabında bununla bağlı yazıb: “Oxumaya dəyər mətn: “Udanda alman, uduzanda immiqrant oluram”
Özil, onların nə danışmasından asılı olmayaraq, sən hər zaman qalib olacaqsan”.
Qeyd edək ki, Özil şəxsi “Twitter” hesabından millidəki karyerasını başa vurduğunu açıqlayıb. “Arsenal”ın yarımmüdafiəçisi bunu Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Almaniya ictimaiyyəti tərəfindən ona qarşı edilən irqçi təzyiqlərə görə etdiyini bildirib.
