Serb tennisçi Ana İvanoviç karyerasını sonlandırıb.
Korner.az-ın məlumatına görə, məşhur raketka ustası “Facebook” sosial şəbəkəsində canlı yayımda etdiyi açıqlamada bikdirib ki, ” Mən tennislə yalnız yüksək səviyyəli performansla məşğul ola bilərəm,ancaq hal-hazırda bunu edə biləmərəm və bu səbəblə karyeramı başa vururam”.
Qeyd edək ki, peşəkar karyerasına 2003-cü ildə başlayan 29 yaşlı tennisçi 2008-ci ildə dünya reytinqində 1-ci yerə yüksəlmişdi.
