Məşhur tennisçi ikinci dəfə ana olacaq
02.05.2023 , 13:23

Amerikalı əfsanəvi tennisçi Serena Uilyams ikinci dəfə ana olacaq.
Korner.az xəbər verir ki, bu barədə Nyu Yorkda keçirilən “Met Gala” tədbirinə həyat yoldaşı Aleksis Ohanyanla qatılan Uilyams mətbuata açıqlamasında deyib.
Serena yoldaşı ilə kameralara poz verərək, “Artıq üçümüzü də çəkin”, – deyə o bildirib.
