Türkiyənin məşhur futbol şərhçisi Ahmet Çakar “Qalatasaray”ın Çempionlar Liqasının yarımfinala adlaya bilməyəcəyini iddia edib.
Korner.az-ın məlumatına görə, Çakar “Cim-Bom”u aşağılayan açıqlamalar da verib.
“Beyaz” TV-də yayımlanan “Beyaz Futbol” proqramında danışan keçmiş hakim “sarı-qırmızılılar”ı “Neftçi”nin Avropa Liqasındakı rəqibi olmuş APOEL-lə müqayisə edib: “Qalatasaray”ın “Real” qarşısında tur adlamaq şansı sıfır faizdi. Əgər “Real” uduzsa, son 10 ilin ən böyük sürprizi yaşanar. Hətta “Qalatasaray”ın vuracağı bir qolu ikiyə vursaz da, yarımfinala “Real” çıxacaq. “Qalatasaray” bu cütdən qalib çıxsa, “Recep İvedik” qılığına girərəm. Xarizmam pozular-falan deyə düşünmərəm. Çempionlar Liqasının son 20 illik tarixində ən zəif cütlük, hər halda, “Real” – APOEL cütlüyü idi. Bizim Trakya boyda bir yerijn komçandası yarımfinala qədər gəlib çıxmışdı. Onların “Real” qarşısında şansı nə idisə, “Qalatasaray”ın şansı da o qədərdi.
Xatırladaq ki, Ahmet Çakar Çempionlar Liqasının 2007-2008-ci illər mövsümündə “Fənərbağça”nın “Sevilya” səddini keçəcəyi təqdirdə bikini geyinəcəyini iddia etmişdi.
