Məşhur qolkiper karyerasını başa vurur
19.05.2023 , 16:42
“Ayaks”ın qapıçısı Marten Stekelenburq karyerasını bitirəcək.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Qolkiper “Utrext”ə qarşı keçiriləcək ev oyununda sonuncu dəfə yaşıl meydan çıxacaq.
“Ayaks”ın yetirməsi olan təcrübəli qapıçı bundan əvvəl “Roma”, “Everton”, “Sauthempton” və “Fulhem” kimi klublarda da çıxış edib.