Məşhur model “Bavariya”lı futbolçunun ailəsini dağıtdı
25.04.2023 , 11:43
Münhen “Bavariya”sının futbolçusu Lukas Ernandesin həyat yoldaşı Ameliya Lorente əri tərəfindən xəyanətə uğradığını açıqlayıb.
Korner.az xəbər verir ki, iddialara görə, Lukas həyat yoldaşını məşhur model Kristina Buççino ilə aldadıb.
Məsələdən xəbər tutan Ameliya Lorente sosial şəbəkə hesabında bunları yazıb: “Artıq ikili həyat yaşamaqdan vaz keçə bilərsən, Ernandes. Onu sənə verirəm, Kristina Buççino. Unutma, Lukas, sənin görmədiyin iki uşağın var”.
Qeyd edək ki, 2017-ci ildə evlənən Lorente və Ernandes cütlüyü arasında münasibətlər 2019-cu ildən pisləşib.