Dünyanın məşhur GQ dərgisinin Türkiyə şöbəsi müxtəlif nominasiyalar üzrə ilin adamlarını seçib.
Korner.az-ın məlumatına görə, “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov “İlin təşəbbüskarı” nominasiyası üzrə birinci olub.
“Qalatasaray”lı Didye Droqba isə “İlin futbolçusu” seçilib. Mükafatlar dekabrın 11-də təşkil olunacaq təntənəli tədbirdə təqdim olunacaq.
