big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Məşhur ilahiyyatçı: Quranda hicab əmri yoxdur, müsəlman qadın idmançı yarışlarda başıaçıq iştirak edə bilər (MÜSAHİBƏ – I HİSSƏ)

22.03.2016 , 12:24

“Onların idmana baxışı” rubriksı üzrə müsahibələrimizə davam edirik. Budəfəki qonağımız Türkiyənin ən məşhur ilahiyyat professorlarından biri, “Quran”ı 2 dilə (türkcə, ingiliscə) təfsir və tərcümə etmiş, 20-dən çox kitabın müəllifi olan Edip Yüksəldir. Hal-hazırda yaradıcılıq fəaliyyətini okeanın digər sahilində – Amerika Birləşmiş Ştatlarında davam etdirən Edip bəy özünəməxsus fikirləri ilə tez-tez gündəmə gələn şəxsdir. Xüsusən də, sünniliyin təməl mərkəzləri: hədis və sünnə doktrinasının tənqidi, “Qurandakı “19” möcüzəsi” və Quranizm dini-fəlsəfi cərəyanı ilə bağlı fikirləri yetərincə təqdirəlayiqdir . 

– Bir müsəlman olaraq, idmana, xüsusən də, futbola münasibətiniz necədir?
– Futbol və basketbol kimi idman növləri yetərincə gözəldir. Yalnız boks və yağlı güləşi bəyənmirəm. Birincisi çox vəhşicə, digəri isə pis və iyrəncdir. Adam əlini digərinin ayağının arasına salır. (gülür) Çox mənfi səhnələr meydana çıxır. Bunların xaricində, əgər idman bədənə zərər vermirsə, məşğul olmaq olar. Çünki bəzi idman növləri həddindən çox şiddət ehtiva edir. Amma məncə, futbol idman növləri arasında ən məqbuludur. İşin içində həm Allahın bizə verdiyi nemət olan- əzələlərin inkişaf etdirilməsi, texniki-taktiki məşqlər, həm də sənət var. Çünki bəzən gözəl oyun simfonik orkestr təəssüratı bağışlayır. Bu gün futbol keçmişdəki qladiotor savaşlarını xatırladır. Biz insanların iki meyli var: ya qəbilə, xalq olaraq bir-birimizin üzərinə hücum edər, insanları qətlə yetirər, ölkələri fəth edərik, ya da sülh və dinc şəraitdə əylənərik. Futbol bu vəhşi meyilləri, daha mədəni formaya salaraq gizlədən vasitədir. Bu baxımdan futbolun rolunu yüksək qiymətləndirirəm. Amma bu gün futbol həm də millətçiliyi, rasizmi, dövlətə qul olmağı təbliğ etmək üçün vasitədir. Məsələn, hər dəfə amerikan futbolundan öncə ABŞ-ın himni çalınır. Üç həftə öncə Tukson şəhərində rodeo yarışını izləyirdik. Bir həftə davam edən yarışda əsas məqsəd buğanın üzərində mümkün qədər çox qala bilməkdir. Düzdür, burda buğanı öldürmürlər, amma güləşirlər, ipi boynuna keçirərək, heyvana əziyyət verirlər. Bir də görürsən, atların üstündəki gənc qızlar, əllərindəki bayraqlar ilə meydana çıxır. Bayraqlar da çox vaxt ya hansısa pivə şirkətini, ya da rəsmi dövlət qurumlarını, ordu birliklərini təmsil edir. Və beləcə, dövlətlərin müharibələri üçün azarkeş halına gəlir. İnsanlar müharibənin haqlı və ya haqsız olmasına önəm vermir. Azarkeş zehniyyəti budur. Onda insanlar hipnoz vəziyyətinə düşür. Deyək ki, Serbiya müsəlman boşnaklara, sionistlər fələstinlilərə, Türkiyə, daha doğrusu, ƏİP kürdlərə qarşı qətliam edəcəksə, haqsızı haqlı göstərmək bu cür kütləvi hipnoz metodlarından istifadə edir. Mən əksər hallarda müharibələri haqsız görürəm. Müharibə – azğınlıq, başdakı liderlərin qəhrəmanlıq həvəsi və ya kapitalist şirkətlərin digər ölkələrin təbii ehtiyatlarını qarət etmək istəyidir. 

– Məşhur idmançılar arasında sizin fikirlərinizi qəbul edənlər varmı?
– Sualda müəyyən qədər səhv var. Birincisi, idmançının bu mövzuda fikri həqiqətənmi vacibdir? Digər bütün qruplar, sənət və məslək sahibinin, dülgərin, xadimənin, aşbazın, türkcə, ingiliscə müəlliminin olduğu qədər. Ona görə də, idmançını sanki mövzuda xüsusi özəlliyi varmış kimi təqdim etmək qətiyyən düzgün deyil. Məsələn, riyazıyyatçı desəydin, hardasa başa düşərdim, onun “19”-la əlaqəsi ola bilər, mənim də riyaziyyatçılarla bağlı çox maraqlı təcrüblərim var. Eyni şey “məşhur” fərziyyəsi üçün də keçərlidir. Məşhur olmaq və ya olmamaq insana xüsusi özəllik qazandırmır. Məsələn, İbrahim peyğəmbər  elə də məşhur biri deyildi, amma Allah tərəfindən elçi kimi seçildi. Və ya Nuh peyğəmbərin  göndərildiyi qövmdə ona məşhur insanlar qatılmadı. Ona əsasən, əkinçi, çoban kimi alt təbəqədən olan, cəmiyyət tərəfindən aşağılanan insanlar qulaq verdi. Hətta ona dedilər ki: “Sənə bizim cəmiyyətin ən aşağı insanları :əyyaşlar, avaralar uyur, ey Nuh!”. Məsələn, Türkiyədə mənim kimi, düşünən bir neçə müğənni var, birinin adını çəkdim, adamı az qala linç edəcəkdilər. Saqopa Kajmer adlı biri, xanımı ilə birlikdə batil sünnilik dinini tərk edərək, sadəcə Quran mesajına uymağa qərar verdi, sünnilərin adama atmadıqları iftira, etmədikləri təhqir qalmadı. Mənim tanıdığım bir neçə məşhur yazıçı var ki, mesajı tamamilə qəbul edirlər. Sadəcə içində olduqları şərtlərə görə, bunu açıqlamağa çəkinirlər. Odur ki, olsa belə, ad çəkə  bilmərəm. Quranda “Əbəsə” surəsində (80-ci surə, 1-7-ci ayələr) deyir ki: “(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi. Yanına korun (Abdullah ibn Ümmi-Məktumun) gəlməsindən dolayı. Nə bilirsən, bəlkə də, o (səndən islama dair soruşub öyrənəcəkləri ilə) təmizlənəcəkdir! Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir! (Var dövlətinə güvənib sənin öyüd-nəsihətinə qulaq asmağa) ehtiyac hiss etməyənə (dövlətliyə) gəldikdə, Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). Onun (küfrdən) təmizlənməsindən sənə nə?!” 

Yəni hər hansı fərziyyə məşhur idmançının qəbul edib-etməməsindən asılı olmayaraq, doğru olmaz, onların  arasında elə beyinsizlər var ki. Bağışla məni, bəlkə də sən idmançıları çox ucaldırsan, amma görürsən, adam təslis (Xristianlıqda Ata, Oğul, Müqəddəs Ruh inancı – Ü.M.) kimi cəfəngiyyata inanır. Nə bilim, sayentologiya, hinduizm kimi şeylərə inanan məşhurlar da var. Adı da yadımdan çıxıb, Kruz familiyalı bir aktyor (Tom Kruzu nəzərdə tutur – Ü.M.) sayentologiya kilsəsinə qəbul olundu, sanki böyük mərifətmiş kimi təqdim edirlər. 

– Qadının məşğul olduğu idman növünün qaydalarına uyğun olaraq, yarışda başıaçıq iştirak etməsi İslam baxımından doğrudur?
– Əlbəttə, qadınların idman yarışında iştirak etməsi yetərincə təbiidir. Kişilərin idmanda iştirak etməyə nə qədər haqqı varsa, qadınların da o qədər haqqı var. Qadınlarla kişilər arasında ayrı-seçkilik edilə bilməz. Yalnız müəyyən növlərdə kişilər fiziki cəhətdən qadınlardan açıq-aşkar üstün ola bilər. Buna görə də yarışların yalnız növlər arası keçirilməsi daha məqbuldur. Qətiyyətlə, bildirirəm ki, hicab deyilən şey İslamda yoxdur və Quranda əmr kimi verilməyib. Ayədə keçən “örtü” (غطاء) sözünü yanlış  olaraq “başörtüsü” şəklində sərhədləndirirlər. Bununla bağlı mənim “Youtube” səhifəmdə bir neçə video var, ətraflı məlumat üçün ora nəzər sala bilərsiz. Və ya “Quran tərcümələrindəki səhvlər”, həmçinin “Mesaj” adlı Quran tərcüməmə baxsınlar.
 
(ardı var)

Ürfan Məmmədzadə

Son yazılar

To Top