Dünyanın məşhur tennisçilərindən Rafael Nadalın qol saatı oğurlanıb.
Korner.az-ın məlumatına görə, Paris şəhərində otellərin birində qalan "Roland Garros" turnirinin qalibi Nadalın 300 min avroluq saatı yoxa çıxıb. Araşdırmalar nəticəsində saatın otel barmeni tərəfindən oğurlanması aydınlaşıb. Hadisə vaxtı otaqda heç kim olmayıb və barmen xüsusi kartı ilə qapını açaraq bahalı saatı oğurlamağa müvəffəq olub. Lakin təqsirləndirilən şəxs artıq polis tərəfindən saxlanılıb.
