Hollandiya millisinin sabiq futbolçusu Con Heytinqa peşəkar karyerasını bitirdiyini bəyan edib.
Korner.az-ın məlumatına görə, o, bundan sonra “Ayaks”ın gənclərdən ibarət komandasını çalışdıracağını deyib.
“Futbolçu kimi sonuncu arzum “Ayaks”a qayıtmaq və üçünçü çempionluğu qazanmaq idi. Ancaq dekabrda anladım ki, artıq getmək lazımdır”, – deyə veteran müdafiəçi bildirib.
Qeyd edək ki, cari mövsümdə “Ayaks”a keçən və burada cəmi iki oyuna çıxa bilən Heytinqa Hollandiya yığmasının heyətində 87 oyun keçirib, milli ilə Avro-2004-ün bürünc, DÇ-2010-un gümüş medalını qazanıb.
