Məşhur futbolçunun evi qarət edildi
25.05.2023 , 16:06

“Valensiya”da çıxış edən hollandiyalı futbolçu Castin Klyuvert başına hadisə gəlib.
Korner.az xəbər verir ki, futbolçunun dünən axşam evi qarət edilib.
Klyuvertin evinə daxil olan 3 maskalı şəxsin futbolçunun həyat yoldaşı və anasına da hücum etdikləri bildirilib.
Oğruların ümumi dəyəri 200 min avro olan qiymətli əşyaları, qızıl-zinət əşyalarını və yüksək məbləğdə pul götürdükləri vurğulanıb.
Mina Musayeva
