“Akhisar Bələdiyyəspor”un “Trabzonspor”la oyundan sonra heyətdən uzaqlaşdırılan yunan futbolçusu Teofanis Gekas bu gün klubun bazasına buraxılmayıb.
Korner.az-ın məlumatına görə baş məşqçi Roberto Karlosun klubun U-21 komandası ilə məşq etmək göstərişi verdiyi forvard bu qərarla razılaşmayaraq əsas komandanın hazırlığına qatılmaq üçün bazaya gəlsə də, klubun mühafizə xidməti onu içəri buraxmayıb.
Qeyd edək ki, Karlos bugünlərdə verdiyi açıqlamada Gekasla bağlı qərarını dəyişməyəcəyini söyləmişdi.
