Yeni mövsümdən “Sivasspor”u çalışdıracaq Roberto Karlos heyətə bir həmyerlisini qatıb.
Korner.az-ın məlumatına görə, bu, bir vaxtlar Madrid “Real”ı, “Roma” kimi klubların formasını geyinmiş Sisinyodu.
Ötən mövsümü icarə əsasında ölkəsinin “Sport” klubunda keçirən 33 yaşlı sağ cinah müdafiəçisi ilə iki illik müqavilə imzalanıb.
Mətbuata açıqlama verən Sisinyo Braziliya klublarından da təklif aldığını, ancaq yenidən Avropaya qayıtmaq üçün “Sivasspor”un təklifini qəbul etdiyini deyib.
