"Napoli"nin futboçusu Marek Hamşik İtaliya A seriyasında "Sampdoriya" ilə keçirdikləri oyundan sonra silahlı basqına məruz qalıb.
Korner.az-ın məlumatına görə,oyundan sonra 26 yaşındakı futbolçu iki silahlı şəxs tərəfindən saxlanılıb.
Avtomobilinin şüşəsini qıran oğrular, Hamşikə üzərinə doğru silahlarını tutublar. Saatı və bəzi açıqlanmayan əşyaları oğurlayan oğrular, polis hadisə yerinə çatmadan ayrılıblar.
Qeyd edək ki, İtaliyada bu hadisə ilk deyil. Belə ki, hal-hazırda İngiltərə "Vest Hem"inin futbolçusu Valon Behrami də oğruların hücumuna məruz qalmışdı.